Castin Biber ilə jurnalist dalaşıblar - FOTOSESSİYA

29 May 2012 17:06 (UTC+04:00)

Movqe.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, hələ 18 yaşında olmasına baxmayaraq, 85 milyon dollar sərvətiylə ən çox qazanan gənc ulduzlar arasında olan Castin Biber paparazzilərin hücumuna məruz qalıb.

C.Biber həmkarı olan sevgilisi Selena Qomez ilə ABŞ-ın Los Anceles şəhərində teatrdan qayından zaman əl-ələ gəzərkən paparazzilərə yaxalanıb. C.Biber jurnalistlərə xəbərdalıq edərək, onları rahat buraxmasını tələb edib. Bundan sonra C.Biber şəkillərini çəkməyə davam edən bir jurnalistin sinəsinə yumruq vurub. Müğənni-jurnalist arasında yaşanan münaqişə zamanı C.Biberin ayaqqabıları ayağından çıxıb, papağı da yerə düşüb. Onların aralarına girən S.Gomez, sevgilisini sakitləşdirməyə çalışıb. Jurnalist məruz qaldığı hücuma görə və onu təhdid edən C.Biberdən hüquq mühafizə orqanlarına şikayət edib.

Fuad Mədətov

Movqe.Az