Bakıya ilk qar yağıb

12 Dekabr 2013 10:15 (UTC+04:00)

Azərbaycan paytaxtına ilk qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a bildiriblər ki, dekabrın 12-də ölkə ərazisində hava şəraiti soyuq və küləkli keçəcək. Havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək

Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Dekabrın 13-də isə artıq hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Həmin gün Bakıda gündüz şimal küləyi mülayimləşəcək. Havanın temperaturu dekabrın 13-də gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.