Nazirlər Kabineti qeyri-iş günlərinin tarixini açıqladı

12 Dekabr 2013 10:01 (UTC+04:00)

Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü  ilə bağlı qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif  Əli Movqe.az-a açıqlamasında bildirib ki, qərara əsasən, dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub. Yəni iş günü bir də yanvarın 7-də başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq. Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar.