Bakıda 34 yaşlı kişi qətlə yetirilib

12 Dekabr 2013 11:54 (UTC+04:00)

Bakıda qətl törədilib.



Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Emin İmanov naməlum şəxs tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.