Müğənnilərimizin ilk qar təəssüratları- SORĞU

12 Dekabr 2013 12:40 (UTC+04:00)

Bakıya ilk qar yağıb. Dünən gecədən paytaxta yağan qar özü ilə ilk qarın sevinci ilə yanaşı, problemlərini də gətirib. Bəs görəsən məşhurlar üçün hansısa problemlər yaranıbmı ? Mövqe.az sənətçilərin ilk qar təəssüratlarını öyrənib:

Müğənni İlqar Muradov: "Ümumiyyətlə qışı heç sevmirəm. Səhər 9-dan televiziyalardayam. Çətinliklər oldu. Dahi öndərin anım günündə düşünürəm ki, təbiət də, öz sərtdiyini göstərdi. Soyuqdu, qış gəlib, çətinliklər başladı".

Müğənni Lalə Məmmədova: " Həyatı sevən hər kəs onun çətinliklərinə də qatlanmalıdır. Bakıya ilk qar yağdı. Təəssüratlarım xoşdur. Qar uşaqların sevinci, böyüklərin problemidir. Sürücü olaraq mənim üçün bəzi çətinliklər yaranacaq. Amma qar mütləq yağmalıdır. Çünki bu sağlamlığımız üçün əhəmiyyətlidir".

Yuxuda oyatdığımız müğənni Zülfiyyə Xanbabayeva: " Çox gözəldir qarın yağması. Sevinirik əlbəttə ki... Bakıya qar yaraşır. Amma mən tam heç oyanmamışam."

Bakıda olmayan müğənni Ədalət Şükürov: " Hal-hazırda Bakıda deyiləm. Ona görə xəbərsizəm. Amma Bakıda qar olmasa yaxşıdır. Bizə qar yaraşımır. Qar yağanda gərək ya yağsın, ya da heç yağmasın. Bizdə isə bir az qar yağır, sonra palçığa döndərir. Yolar tıxac olur, buz olur, sürüşkən olur. Heç sevmirəm qarı".

Müğənni Nadir Qafarzadə: " Evdən bayıra hələki çıxmamışam. Qar yağır. Pəncərədən bunu izləyirəm çox xoşdur. Qarın yağması həm də xeyirlidir. Çünki bütün mikroblar ölür, xəstəliklər məhv olur. Ancaq təbiət sanki bu gün ön sərtdiyini nümayiş etdirir. Ulu öndərin ölümündən 13 il keçməsinə baxmayaraq, bu gün necəki insanlar o şəxsiyyətin ölümü ilə barışmır eləcə də təbiət... Ancaq qarın yağması bizə xeyrdir. Düzdür ondan sonra Bakı küçələri palçıqlı olur. Ancaq palçığın olmasını heç vecimizə də almırıq".

Yuxudan oyatdığımız növbəti müğənni Günel Ələkbərli: " Aaaa... Qar yağır ? Nə yaxşı şad xəbər olasınız. Ruzi bərəkətli olsun. Bakıya qar yaraşır, amma ki, palçıq olmasa.... Həm qarın yağmağı ekolojı cəhətdən də xeyrdir. Bir azdan dostlarımı yığıb, gedəcəm qar topu oynamağa..."