Bakıda təmirdə olan yol açılır

12 Dekabr 2013 13:54 (UTC+04:00)
Akademik Lətif İmanov küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Şəfaət Mehdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri başa çatmaq üzrədir.

Milli.Az Day.az saytına istinadən bildirir ki, küçədə yeni asfalt örtüyü salınıb, səkilər dəyişdirilib. Yalnız kanalizasiya qapaqlarının quraşdırılması qalıb. Bu gün, bütün işlərin başa çatdırılaraq küçənin istifadəyə verilməsi nəzərdə tutulur.