Pakistanda Heydər Əliyev Fondunun adından ehsan verilib

12 Dekabr 2013 16:18 (UTC+04:00)

Modern.az-ın məlumatına görə, bu gün Azərbaycanın Pakistandakı səfirliyində də  Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib. Ümummili lider  Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonar, mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli  səfiri Daşqın Şikarov Heydər Əliyevin qüdrətli dövlət  qurmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin etdiyini dedi. Müstəqil Azərbaycanın bu gün yeni inkişaf dövrünü yaşadığını vurğulayan Səfir, Ümummilli Liderin qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçilik ənənələri və bütövlükdə Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında yaşadığını , uğurla davam etdirildiyini  bildirdi.  Azərbaycan diplomat Daşqın Şükürov  Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətinə toxunaraq, Fondun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Fond tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələrin  Pakistanda da  həyata keçirildiyini, məhz Heydər Əliyev fondunun dəstəyi ilə  bu qardaş ölkədə xeyli sayda  yardım və mərhəmət tədbirlərinin görüldüyünü diqqətə çatdırdı.  Elə bu gün  Pakistanın  paytaxtındakı Bari İmam ziyarətgahında 300 nəfərdən çox imkansız insanlara ehsan verildi, Ulu Öndərin ruhuna Quran oxundu.. Eyni zamanda, Pakistanın "DNA NEWS" informasiya agentliyi və "Centreline" jurnalının bu günkü sayında  tanınmış ictimai xadim, Sülh və Diplomatiya institutunun direktoru Məhəmmməd Asif  Nurun "Müasir Azərbaycanın memarı" adlı məqaləsi dərc edilib.