DİN və Baş Prokurorluq ötən gün Sumqayıtda baş verən atışma ilə bağlı məlumat yayıb

12 Dekabr 2013 17:20 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Sumqayıtda baş verən atışma ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, dekabrın 11-də saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.

Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.

Məlumat daxil olan kimi Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlib, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib, maddi sübutlar götürülüb.

Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıb.

Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib.

Xəsarət almış E. Məmmədli və E. Nəzərəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

stə�[k��#��jıb.

Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib.

Xəsarət almış E. Məmmədli və E. Nəzərəliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.