Xırdalanda yaşayış binası yanır

12 Dekabr 2013 17:58 (UTC+04:00)

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının şaxtasında meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.