Ukrayna prezidenti Viktor
Yanukoviç Avropa Birliyi ilə assosiasiya
razılaşmasını imzalamaq niyyətindədir.
Mövqe.az-ın məlumatına
görə,bunu Avropa Birliyinin xarici
əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali
komissarı Ketrin Eşton jurnalistlərə
açıqlamasında deyib.
"Viktor Yanukoviç mənimlə söhbətində bu razılaşmanı imzalamaq
niyyətində olduğunu açıq-aşkar bildirdi", - deyə xanım Eşton
açıqlayıb.
Lakin Eşton bunun nə vaxt baş verə biləcəyi barədə məlumat
verməyib.
Ali komissar Brüsseldə ötən aydan bəri Kiyevdə etiraz aksiyası
keçirən avrointeqrasiya tərəfdarları ilə görüşündən sonra bu
bəyanatla çıxış edib.