Arenada tualet böhranı

29 May 2012 18:27 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türk siyasi tarixinin ən böyük konqresinə sponsorluq edən "Türk Telekom Arena"da tualet böhranı yaşanıb.

"Türk Telekom Arena" stadionunda təşkil edilən AK Partiya İstanbul İl Konqresində Baş nazir Ərdoğan, orada olan 100 min partiya üzvünə müraciət edib. 

Haqqında çox danışılan konqresi izləyən jurnalistlər maraqlı bir hadisənin şahidi olub. "Posta" qəzetinin yazarı Candaş Tolqa orda gördüklərini maraqlı tərzdə oxucularına çatdırıb.

"TUALETİNİZ BİR AZ GÖZLƏYƏ BİLƏRDİ"

Qurultayda jurnalistləri çox güldürən bir də hadisə baş verib. Jurnalistlərdən biri ayaqyoluna gederken gözlənilməz olay baş verib: "Bir həmkarımla tualetə getdik. Yerimizə dönmək üçün protokol hissəsinə gəldiyimizdə yaxamızdakı protokol kartını göstərdik. Baş nazirin mühafizəçilərindən biri "girə bilməzsiniz" dedi. "Tualetə getməmiz lazım idi" dedik. 

"Tualetiniz bir az gözləyə bilərdi... Bu anda Türkiyə cümhuriyyəti Baş naziri burada" dedi. Sonramı? Bəxtimizdən Baş nazirin yaxın qrupundan bir ad hadisəni uzaqdan izləyirmiş. Dərhal müdaxilə etdi və yenidən yerlərimizə otura bildik. Jurnalist yoldaşlarla bir-birimizə "Allahdan aramızda prostatı olan yoxdur" deyə zarafatlaşaraq güldük.