Putin "3 uşaq" dedi

12 Dekabr 2013 20:15 (UTC+04:00)

Rusiya Dövlət Başçısı Putin , Kreml Sarayında etdiyi illik çıxışında , Rusiyada 3 uşaqlı ailələrin artıq bir standart halına gəlməsi lazım olduğunu ,deyərək , "Biz 2016-cı ildən sonra "Anaya dəstək sərmayəsi " proqramı ilə nə edəcəyimizi düşünmək məcburiyyətindəyik. Mən hələ də Rusiya üçün üç uşaqlı ailənin ideal olduğunu düşünürəm , deyib. Putin , 1991-ci ildən bu yana ilk dəfə Rusiya təbii əhali artımının olduğunu vurğulayaraq , doğumların Rus bölgələrinin yarısında ölüm hadisələrini keçdiyini söyləyib. Putin , həmçinin , ikinci və üçüncü uşağı doğmağı düşünən anaların iş karierasının təhlükəyə atılması lazım olduğunu bildirərək , "Uşaq dünyaya gətirən analar üçün uyğun şərait yaratmaq məcburiyyətindəyik , Mülk siyasəti demoqrafik inkişafın təyinedici faktorlardan biri olmalıdır" deyə bildirib.

Rusiyada ikinci və üçüncü uşaq doğan analara "anaya dəstək sərmayə " proqramı çərçivəsində 10 min dollar maddi dəstək təmin edilməkdədir.