Avropa Parlamentindən Ukraynaya seçki tövsiyəsi
12 Dekabr 2013 22:29 (UTC+04:00)
Avropa Parlamenti Ukrayna hakimiyyətinə ölkədə vaxtından əvvəl
seçkilər keçirməklə legitimliyini təsdiq etməyi məsləhət görüb.
Trend-in Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə
Avropa Parlamentinin Strasburqdakı sessiyasında təsdiq edilmiş, o
cümlədən Ukraynaya aid edilən "Vilnüs sammitinin nəticələri və
"Şərq tərəfdaşlığı"nın gələcəyi" xüsusi qətnaməsində deyilir.
Qətnamədə deyilir ki, hakimiyyət legitimliyini təsdiq etməli
olarkən erkən seçkilər demokratik dövlət üçün vəziyyətdən məqbul
çıxış yoludur.
Bununla belə, Avropa parlamentariləri hansı seçkilərin (prezident,
yaxud parlament) keçirilməsini dəqiqləşdirməyiblər.
Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2015-ci ilin
əvvəlində, parlament seçkiləri isə 2017-ci ilin payızında baş
tutmalıdır.