Yeni fenomen: internet ondan danışır

13 Dekabr 2013 11:38 (UTC+04:00)

Kanadalı Devid Tibonu bu günədək dostları, tanışları, sinif yoldaşları, qohumları və qonşularından savayı çox az adam tanıyırdı.


İndisə 16 yaşlı Devid dünyada məşhurlaşmağa başlayıb.


Çünki o, blyuz və rok-n-roll kralı, əfsanəvi Elvis Preslinin "Blue Christmas" mahnısını fenomenal ifa edib. İfanın videosu YouTube-a qoyulan kimi Devid yeni fenomenə çevrilib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kanadanın Kvebek şəhərindəki CKOI radiostansiyasındakı proqramlardan birində gitara çalaraq Elvisin məşhur mahnısını ifa edən 16 yaşlı yeniyetmə radionun əməkdaşlarını heyrətləndirmişdi.