Milyonlar onunla vidalaşır

13 Dekabr 2013 11:54 (UTC+04:00)

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, 96 yaşında vəfat etmiş Nelson Mandela ilə vidalaşma davam edir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, CAR-ın əfsanəvi prezidentinin nəşi indi Pretoriyadakı "Union" binalar kompleksindədir. Hər gün yüz minlərlə insan dünyanın ən məşhur siyasətçilərindən biri ilə vidalaşmaq üçün onun ziyarətinə yollanır.

Cənubi Afrika Respublikasının cəmiyyətinin hər tabanından olan insanlar kilometrlərlə uzunluğu olan növbələrdə saatlarla durur, Nelson Mandela ilə vidalaşmağa can atırlar.

Nelson Mandela doğulduğu Qunu kəndində dəfn olunacaq.