Tanınmış aparıcımızın evindən cadu çıxdı-FOTO FAKT

13 Dekabr 2013 12:33 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə, azərbaycanlı teleaparıcı Aynur Talıbovanın evindən cadu çıxıb. Aparıcı bundan təəccüblənərək, həmin duanın şəklini çəkərək dostları ilə paylaşıb. Həmişə elə şeylərə inanmayan tanınmış teleaparıcı bundan bir az ehtiyat da, edib. Fikirlərini bizimlə bölüşən aparıcı bildirib : " Bunu da gördük. Bütün gün cadu-piltə mövzusunu məsxərəyə qoyub gülərkən evindən çıxan şeyə baxın. Başı çıxanlar yazsın, lütfən. Nə yazılıb bu kağızda? Əməl olmasın". Ərəb dilini bilənlərdən kömək istəyən Aynur Talıbovaya dəqiq informasiya verən olmayıb. Mövqe.az şəkli sizə təqdim edir: 

Məlumat üçün bildirək ki, teleaparıcı məşhur hotellərdən birində menecer işləyən Simran Baxşıyev ilə vətəndaş nikahında yaşayır. Və bu nikahdan onların bir oğlu var.