Yenicə barışan İlhamə Quliyeva və Aygün Kazımova duet oxuyacaq

13 Dekabr 2013 12:56 (UTC+04:00)
İlhamə Quliyeva və Aygün Kazımovanın barışıq xəbərini ilk dəfə Mövqe.az-a açıqlayan Tarix Əliyevin bu barışıq da rolu böyükdür. Mövqe.az-ın məlumatına görə, tanınmış prodüsser indi də yenicə barışan iki xalq artistinin duetini təşkil edəcək. Bu barədə Tolik 106.3 FM-də yayımlanan "Müleyli" şousunda açıqlama verib: 

"Hazırda Sevda Yahyayeva ilə Aygün Kazımovanın dueti hazırlanır. Maraqlı iş ortaya çıxacaq. Daha sonra isə İlhamə Quliyeva ilə Aygün xanımın duetini təşkil edəcəyəm. Niyə də olmasın? Onlar sevilən, öz sözünü demiş ifaçılardır. Bu dostluğu duetlə əbədiləşdirmək daha maraqlı olacaq".