Cavan Zeynallı: "Axı mən xəstə deyiləm"- -AÇIQLAMA
13 Dekabr 2013 13:25 (UTC+04:00)
Azərbaycanın məşhur cazmeni Cavan Zeynallının xəstələnməsi barədə
xəbər yayılıb. Mövqe.az sənətkarın özü ilə əlaqə saxlayıb. Sualı
eşidən kimi, əsəbləşən Cavan Zeynallı bildirib: " Niyə axı bu
insanlar belə yalan yazılar yayırlar. Mən şükür Allaha xəstə
deyiləm. Bu cür xəbərlər eşidəndə Azərbaycandan bir dəfəlik çıxıb,
getmək istəyirəm. Yorulmuşam Azərbaycanda yaşamaqdan. Çox pis əaəb
keçirirəm. Məni süni qalmaqal yaradıb, Əli Mirəliyev olmaq
istəmirəm. Allah uzaq etsin. Siz bilirsiniz mən rusdilliyəm. Bir az
çətin fikirlərimi izah edirəm. Ancaq Azərbaycan dilində gözəl başa
düşürəm. Mənə o gün müsahibə üçün zəng etdilər. Müsahibə vermək
istəmirdim. Yoldaşım onlara dedi ki, danışmaq istəmir. Ancaq bunlar
bunu dəyişib, əlavələr edib yazıblar. Axı mən xəstə deyiləm. Bu
xəbər yayılan zaman məni sevənlər narahat olur. Belə yalan xəbərlər
yazmaq olmaz".