Gülbən Ərgən serialda oynayacaq

13 Dekabr 2013 16:43 (UTC+04:00)

Türkiyəli müğənni Gülbən Ərgənə "Uşaqlar Gülsün Deyə" adlı ictimai məsuliyyətli proyekti daha bir mükafat qazandırıb. Gülbən Ərgən həmin layihəyə oğlu Atlasla qatılıb. "Uşaqlar Gülsün Deyə" layihəsi haqqında məlumatlar verən Ərgənə , 'Ən Yaxşı Sosial Məsuliyyət Layihəsi' adında mükafat verilib. Çox məşğul olduğu üçün musiqiyə vaxt ayıra bilmədiyini söyləyən Ərgən, illər sonra serialda çəkiləcəyini deyib: "Hər gün canlı yayım, yarışma proqramı var. Həftədə iki gün dərnək işləri olur. Bir də kino çıxardılar başıma... Bir həftədir ssenari oxuyuram. Qərar versəm oynayacağam ".