Azərbaycanda 20 yaşlı qız intihara cəhd edib

13 Dekabr 2013 17:05 (UTC+04:00)

Bakıda 20 yaşlı qız intihara cəhd edib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Xədicə Mirzəyeva yaşadığı evdə özünü asmaq istəyib. Ailə üzvləri kəndiri kəsərək onu təcilli xəstəxanaya aparıblar.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən X. Mirəzyevanın vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.