Sevda Yəhyayevanın “uğursuz sevgisi” – FOTOSESSİYA
4 Aprel 2012 19:28 (UTC+04:00)
Müğənni Sevda Yəhyayeva uğursuz sevgidən bəhs edən mahnı ifa edib.
Bu barədə Movqe.Az xəbər portalına müğənni özü məlumat verib. O,
Pərviz Mahmudovun bəstəsi olan "Saxta" adlı mahnının bu gündən
etibarən radio dalğalarında yayamlanacağını dedyib:
"Pərviz Mahmudovun bəsətələdiyi "Saxta" adlı mahnını pop musiqi
janrındadır. Sözləri Aygün İsmayılovaya aid olan mahnının
aranjemanı Hakan Erola məxsusdur. Mahnı uğursuz sevgidən bəhs edir.
Mahnı bu gündən radio dalğalarında yayımlanacaq", - S.Yəhyayeva
dedi.
Müğənni onu da qeyd etdi ki, fevral ayında "Tut əlimi" adlı solo
konsertinin uğurlu keçməsi ilə bağlı ona həmkar və dostları
minnətdarlığını bildiriblər. Müğənni solo konsertinin montaj
olunduğunu və nəticədə DVD diskini hazırlanacağını dedi.
Fuad Mədətov