Elnur Məmmədli vitse-prezident oldu

13 Dekabr 2013 22:35 (UTC+04:00)
Elnur Məmmədli Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olub. Olimpiya çempionu Elnur Məmmədli təyinatı ilə bağlı açıqlama verib: "Hər zaman mənə dəstək olan federasiya rəhbərliyinə və Neftçi İSM-ə təşəkkür edirəm. Şadam ki, idmanda qalmaqda davam edəcəyəm. Bundan sonra gənc nəslin yetişməsi üçün çalışacağam. İstəyirəm ki, Azərbaycanın yeni olimpiya və dünya çempionları olsun. Federasiyanın vitse-prezidenti kimi regionlara səfərlər edəcəyəm. İstedadlı yeniyetmələrin inkişafına kömək edəcəyəm. Cüdo hazırda inkişaf dövründədir. Bu dövrün davam etməsi üçün çalışmalıyıq. Ən əsas işim indi başlayır. Etimadı doğrultmaq üçün səylə çalışacağam".