Merlin Manro tipli şaxta baba - FOTOLAR

13 Dekabr 2013 18:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, yeni ilin yaxınlaşmasıyla əksər ölkələrdə ticarət mərkəzələrində də hazırlıqlar gedir. Çinin şimalındakı Şanxay əyalətində yerləşən Taiyuan ticarət mərkəzinin binası qarşısında şaxta baba heykəli ucaldılıb. Lakin bu şaxta babanın geyimi Merlin Manro tipindədir. Ölkədə artıq demək olar ki, bütün otellər, restoranlar, ticarət mərkəzləri noyabrdan bayrama hazırlaşır, maraqlı dekorasiyalar edir. Ümumiyyətlə Yeni ildən zövq almaq istəyənlər Çində hər il keçirilən  "Harbin Ice and Snow Sculpture Festival"festivalına gedə bilər. Buradakı atraksiyalar  dekabrın ortalarından yanvarın 5-ə kimi davam edəcək.