Rumninin namizədliyini zəmanət altına aldı

30 May 2012 11:34 (UTC+04:00)

Movqe.Az BBC-yə istinadən bildirir ki, ABŞ-da keçmiş Massaçusetts qubernatoru Mitt Rumni noyabr ayında keçiriləcək prezidentlik seçkilərində Respublikaçı Partiyanın başçı namizədi olmağı zəmanət altına alıb.

Rumni Teksasdakı seçkini qazanaraq namizədlik üçün lazım olan nümayəndəlik sayına çatıb. 

Mitt Rumninin namizədliyinin avqust ayında Floridada keçiriləcək Respublikaçı Partiyası qurultayında rəsmiləşdirilməsi gözlənilir. 

Rumni bu yığıncaqda vitse-prezident kimi namizədliyini də tanıdacaq.

Mitt Rumni seçkilərdə ABŞ Prezidenti Barak Obamayla yarışacaq. Demokrat Partiyadan Obamaya rəqib çıxmayıb. 

Rumni Ağ Ev üçün yarışacaq ilk Mormon siyasətçi olaraq tarixə keçəcək. Rumninin atası keçmiş Miçiqan qubernatoru Corc Rumni 1968-ci ildə prezidentlik namizədliyini irəli sürüb yarışında müvəffəqiyyət qazanmayıb.

Yoxlamalar seçkilərdədə Obamayla Rumni arasında başabaş bir mübarizənin yaşanacağına işarə edir. 

Rumni namizədliyini zəmanət altına almasını Las Veqasda məşhur iş adamı Donald Trumpun şərəfinə verdiyi bir məclisdə qeyd edib. Trump Obamanın Amerikada deyil Keniyada doğulduğunu iddia edib. Prezidentliyə namizəd üçün Amerikada doğulmaq şərtdir. 

Mitt Rumni Trumpun bu sözləri  üçün, "Məni dəstəkləyən hər kəslə eyni fikirdə deyiləm" deyib.