Azərbaycanda Kürə balıq tutmağa gedən qayınata və kürəkən itkin düşüb

14 Dekabr 2013 13:58 (UTC+04:00)

Bu barədə APA-ya Samux Rayon Polis Şöbəsindən məlumat verilib.

 

Məlumata görə, dekabrın 12-də Samux rayonu Hacıallı kənd sakinləri Turan Həsənov və kürəkəni Ayaz Qurbanov balıq tutmaq adı ilə Kür çayına gediblər. Həmin andan etibarən onlardan heç xəbər yoxdur.

 

Bu barədə polisə məlumat daxil olan kimi axtarışlara başlanıb. Onların Kürdə batdığı istisna edilmir.