Nətavanı qızı adlandıran İlhamə Quliyeva bu dəfə də Aygünə eyni cür müraciət etdi
14 Dekabr 2013 21:12 (UTC+04:00)
Azərbaycanın iki məşhur xalq artistləri İlhamə Quliyeva və Aygün
Kazımova barışıb. Mövqe.az-ın məlumatına görə, "ATV maqazin"
verlişinə açıqlamasında İlhamə Quliyeva Aygün Kazımovanı qızı kimi
adlandırıb. Xəstəxanaya İlhamə Quliyevanı yoluxmağa gedən Aygün
Kazımova haqqında çox xoş sözlər dilə gətirən "Şərəf" və "Şöhrət"
ordenli sənətkar bildirib: "Aygün mənim qızım yerindədir. Mən kin
saxlamıram. Aygün bura gəlmişdi. Və biz oturduq, danışdıq, çay
içdik, problemləri çözdük. Hər şey ok-dir. Mən kinli insan deyiləm.
Ancaq bir şeyi demək istəyirəm ki, hər şeyin təşkilatçısı
Tolikdir".
Hal-hazırda Terkiyə olan Aygün Kazımova isə İlhamə Quliyevaya
hörmət və sevgisini dilə gətirib: " İlhamə xanım elə bir addım
atdı ki, bütün anlaşılmamazlıqlara, söz-söhbətə son qoydu. Bu böyük
bir jest idi. Mənə qarşı bir addım atana, mən on addım ataram.
Həmişə belə olmuşam, sözümün üstündə də durmuşam".
Xatırladaq ki, xalq artistləri təzəlikcə barışıblar. "Natəvan-
Aygün" davasında İlhamə Quliyeva Aygün Kazımovanı müdafiə etdiyi
üçün Aygün Kazımova da xəstəxanada İlhamə Quliyevaya baş çəkməyə
gedib. Beləliklə də şou-biznesdə növbəti barışıq baş
tutub.