Tərk edilmiş Cennifer tənha ana olacaq

14 Dekabr 2013 21:32 (UTC+04:00)
Hollivud ulduzu Cennifer Eniston ana olacaq.

Movqe.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatına görə, sevgilisindən ayrılan aktrisa  hamilə olduğunu inkar etməyib.  Tanınmış aktrisa 42 yaşlı həmkarı Castin Terudan hamilədir.

Cennifer "OK" jurnalına açıqlamasında bildirib: 

"Bəli, övladımız olacaq. Amma artıq Castinlə birlikdə deyiləm. Körpəmi tək böyüdəcəm".

C. Eniston və C. Teru 2 il əvvəl münasibət qurub. Bir müddət əvvəl 22 milyon dollara ev alan cütlüyün ayrılma səbəbi məlum deyil. Cennifer 2 həftədir ki, atası, aktyor Con Enistonla birgə yaşayır. Aktrisa ətraflı məlumat vermək istəməyib.