Aygün Kazımovanın yeni duet ortağı türkdür – VİDEO

30 May 2012 11:32 (UTC+04:00)

Xalq artisti, məşhur müğənni Aygün Kazımovanın növbəti-yeni duet ortağı türk musiqiçisidir. Movqe.Az xəbər portalının məlumatına görə, A.Kazımova Türkiyənin məşhur bəstəkarı və müğənnisi Sinan Akçilə duet mahnı ifa edib. Cütlüyün ifa etdiyi "İkinci sən" adlı mahnıya çəkilən klip "YouTube" video sosial şəbəkəsində yerləşdirilib. Klipin ilk nümayişi Türkiyənin "Kral TV" telekanalında yayımlanıb.

Qeyd edək ki, Sinan Akçilin müəllifi olduğu mahnı Türkiyədə hazırlanıb.

Fuad Mədətov

Movqe.Az