Brilliant Dadaşova Tarkanla eyni müsabiqədə

15 Dekabr 2013 21:41 (UTC+04:00)
Xalq artisti Brilliant Dadaşova "Big Apple Music Awards" ("Big Apple Musiqi Mükafatı")musiqi müsabiqəsində iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, bir çox məşhurmüğənnilərin qatıldığı müsabiqədə qalib səsvermə vasitəsilə seçiləcək. Ən çox səs toplayan on iştirakçı finala vəsiqə qazanacaq və mükafatlandırılacaq. Siyahıda Sezen Aksu, Tarkan, Hande Yener, Əmir Diab, Araş, Xaled, Yıldız Usmanova və bir çox məşhurların adları qeyd olunub. Yarışma ilin sonuna kimi davam edəcək.

Qeyd edək ki, 2007-ci ildən keçirilən "Big Apple Music Awards" müsabiqəsinə Qafqaz, Orta Şərq vəMərkəzi Asiya ölkələrinintanınmış müğənniləri qatılır.