Tarkan Azərbaycana 6 TIR avadanlıqla gəlir

15 Dekabr 2013 21:55 (UTC+04:00)
Yeni ili Azərbaycandakı otellərdən birində qarşılayacaq olan Türkiyənin mega-starı Tarkan ölkəmizə konsertin keçirilməsi üçün zəruri olan avadanlıqların yükləndiyi 6 TIR-la gələcək.

Movqe.az "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, TIR-lar Azərbaycana konsertdən 10 gün əvvəl gələcək.

Bundan başqa Tarkanın orkestri, konsert təşkilat heyəti ilə yanaşı Azərbaycana daha 40 nəfərlik texniki heyət də gələcək.