Gürcüstanlı müğənni Bakıda ana oldu
15 Dekabr 2013 22:08 (UTC+04:00)
Müğənni Suli Bakıda ikinci övladını
dünyaya gətirib.
Movqe.az Trend-Life-a istinadən bildirir ki, o və azərbaycanlı
həyat yoldaşı qıza Melissa adını
veriblər.
"Mənə böyük qayğıyla yanaşan bütün həkimlərə təşəkkür edirəm. Özümü
fantastik dərəcədə xoşbəxt hiss edirəm. Çünki qız arzulayırdım və
ana olmaq hissini yenidən yaşayıram. Bir də demək istəyirəm ki, ən
çətin anlarımda mənə qucaq açan, sakit yaşamağa, işləməyə və
yaradıcılığımı inkişaf etdirməyə imkan verən Azərbaycanı çox
sevirəm. Azərbaycanda on ildən çoxdur yaşayıram. 14 yaşlı
oğlumNikitaburada məktəbə gedir. Özümü bu ölkədə
xoşbəxt hiss edirəm", - Suli deyib.
Bildirək ki, 2010-cu ilin dekabrında Suli islamı qəbul edib. Bu
ilin mayında isə Azərbaycan xalq mahnısı "Sarı gəlini" təqdim edib.