Mətbuat Şurası mitinqdə monitorinq aparıb
15 Dekabr 2013 22:41 (UTC+04:00)
Azərbaycan Mətuat Şurası Milli Şuranın dekabrın 15-də Yasamal
rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş
icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə
yetirmələrinin monitorinqini aparıb.
MŞ-dan daxil olan məlumatda qeyd edilir ki, aksiyada prosesi
işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçilərinə qarşı
hər hansı maneçilik faktı qeydə alınmayıb. Mətbuat Şurasının
"qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon
nömrəsinə də bununla əlaqədar məlumat daxil olmayıb.
Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq
qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət
qurumları arasında problemlərin həlli Daimi Komissiyasının
təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin
yaradılmasına dair hər hansı müraciət edilməyib.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini
yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış
xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.