Gənclər və idman naziri Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

16 Dekabr 2013 10:12 (UTC+04:00)

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 17-də Qubada vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edəcəklər.

 

Qəbul saat 11:00-da Quba Mədəniyyət evində baş tutacaq.