Azərbaycan ərazisində sabah sulu qar və qar yağacaq

16 Dekabr 2013 12:54 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında dekabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağıntılı olacağı, sulu qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2 şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 17-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.