“Sağlamlıq Turizmi və İşbirliyi Günləri”

16 Dekabr 2013 15:16 (UTC+04:00)

Azərbaycanda 2-ci "Sağlamlıq Turizmi və İşbirliyi Günləri" adlı tədbir keçirilib.

Türkiyənin Səhiyyə, İqtisadiyyat nazirlikləri, Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyədən "Agent Globe" və Azrbaycandan "Empat"i xaricdə təhsil şirkətləri, "Art of beauty" jurnal, TİKA-nın təşkilatı dəstək verdiyi tədbirdə Türkiyənin səhiyyə və sağlamlıq turizmi sahəsində çalışan şirkətlər, təşkilatlar, xəstəxanalar və klinikalar təmsil olunub.

Tədbirdə iştirak edən, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan bildirib ki, "Sağlamlıq Turizmi və İşbirliyi Günləri" adlı tədbirin keçirilməsi, Azərbaycan və Türkiyə arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib sayılır.

Tədbirin təşkilatçısı Aynur Saqiyeva açıqlama verərək bunları qeyd edib: "Artıq bir çoxumuza məlum olduğu kimi, Azərbaycan və Türkiyə qardaş dövlətləri arasında keçirilən 2-ci "Bakı sağlıq turizmi və işbirliyi günləri" keçən il, Türkiyə səfirliyi Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə öndə gələn xəstəxanaların qatılımıla keçirilən ilk sərginin davamıdır. Tədbirimizə Türkiynənin nüfuzlu xəstəxanalarının təmsilçiləri və Azərbaycanımızdan adlı sanlı həkimləri fikir alış-verişi etdilər. Onlar gələcəkdə atılacaq addımlar üçün infrastruktur hazırlayırlayırlar. Biz belə bir işhdə körpü rolunu oynadığımı üçün çox şadığ. Onu da söyləyim ki, 2 dövlətdən rəsmilərin və əsas əhəmiyyət daşıyan qurumların 1 yerə toplanmaq böyük zəhmət tələb edir . Amma biz tədbirimizə olan marağı və dəyərli qonağlarımızı görəndə fərəh hissi keçirdik".