Appledan yenilik olacaq! iWatch gəlir? - FOTO

16 Dekabr 2013 15:48 (UTC+04:00)

Apple bu günə qədər onun haqqında heç danışmayıb ; ancaq şirkətin ağıllı qol saatı üzərində çalışdığını hər kəs qəbul edir. Böyükı ehtimalla iWatch adı daşıyacaq cihazın xüsusiyyətləri necə olacaq və hansı tarixdə istifadəçilərlə görüşəcək ? Movqe.Az xəbər verir ki,  Samsungun Galaxy Gear ilə ağıllı saat bazarına girməsiylə birlikdə bu sahə də irəliləyiş olub.  2 ay kimi bir müddətdə 50 minə yaxın satan Galaxy Gear , aşağı satış rəqəminə baxmayaraq texnologiya nəhənglərinin bu sahəyə girməməsinə şərait yaratmır. Applenin kabelsiz batareya texnologiyasıyla hazırlaması gözlənilən iWatch qol saatı şirkətə yaxın Çin qaynaqlara görə oktyabr ayında istifadəçilərə təqdim edilmiş olacaq. Kişi və qadın üçün iki fərqli dizaynda gəlməsi gözlənilən iWatchun ən böyük problemi batareyası olacaq. Çünki Galaxy Gearda da istifadə olunan 315mAh batareyanın batareyası istifadəçilərə ancaq bir gün tab gətirə biləcək . Bu da qol saatlarını telefonlarında olduğu kimi hər gün enerjiylə doldurulması zəruriliyini doğurur ki, bu da  istifadəçilər üçün həqiqətən bezdirici vəziyyətdir