ABŞ da qara təslim oldu

16 Dekabr 2013 17:44 (UTC+04:00)

ABŞ-dakı həyatı iflic edən soyuq hava və şiddətli qar insan ölümünə səbəb olub . Şənbə günü başlayan qar fırtınası ucbatından ölkənin şimal şərqində qar qalınlığı bəzi yerlərdə 30 santimetr olub.ə Min qədər uçuş ləğv edilib. Nyu York və Filadelfiada isə qar qalınlığı 15 santimetr olaraq ölçülüb. Qar və buzlanma ucbatndan yaranan yol qəzaları isə 4 nəfərin ölümünə səbəb olub. Movqe.Az xəbər verir ki, Kanada da qar yağışının təsiri altında qalıb. New Foundland - Labrador əyalətində qəza keçirən bir sərnişin qatarında 8 saat qapalı qalan 270 sərnişin donma təhlükəsindən xilas ola bilib. Sərnişinlərin soyuqdan qorunmaq üçün bir vaqona yığışdıqları və qatardakı bütün ədyal və qoruma imkanlarını birləşdirdikləri öyrənilib. Mənfi 33 dərəcə soyuqda 8 saat kömək gözləyən sərnişinlərin arasında iki hamilə qadın , uşaq və yaşlılar olduğu bildirilib. İfrat soyuq səbəbiylə suların və tualetlərin donduğu qatara çatan kömək qrupları sərnişinləri son anda xilas edə bilib .