Azərbaycanda “Sağlamlıq Turizmi və İşbirliyi Günləri” keçirilib

16 Dekabr 2013 16:03 (UTC+04:00)

Azərbaycanda  2-ci "Sağlamlıq Turizmi və İşbirliyi Günləri" adlı tədbir keçirilib. Movqe.az-n xəbərinə görə, Türkiyənin Səhiyyə, İqtisadiyyat nazirlikləri, Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Türkiyədən "Agent Globe" və Azrbaycandan "Empat"i xaricdə təhsil şirkətləri, "Art of beauty" jurnal,  TİKA-nın təşkilatı dəstək verdiyi tədbirdə Türkiyənin səhiyyə və sağlamlıq turizmi sahəsində çalışan şirkətlər, təşkilatlar, xəstəxanalar və klinikalar  təmsil olunub. Tədbirdə iştirak edən, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan bildirib ki, "Sağlamlıq Turizmi və İşbirliyi Günləri" adlı tədbirin  keçirilməsi, Azərbaycan və Türkiyə  arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib sayılır. Tədbirin təşkilatçısı Aynur Saqiyeva açıqlama verərək bunları qeyd edib: "Artıq bir çoxumuza məlum olduğu kimi, Azərbaycan və Türkiyə qardaş dövlətləri arasında keçirilən 2-ci "Bakı sağlıq turizmi və işbirliyi günləri" keçən il,  Türkiyə səfirliyi Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə öndə gələn xəstəxanaların qatılımıla keçirilən ilk sərginin davamıdır. Tədbirimizə Türkiynənin nüfuzlu xəstəxanalarının təmsilçiləri və Azərbaycanımızdan adlı sanlı həkimləri fikir alış-verişi etdilər. Onlar gələcəkdə atılacaq addımlar üçün infrastruktur hazırlayırlayırlar. Biz belə bir işhdə körpü rolunu oynadığımı üçün çox şadığ. Onu da söyləyim ki,  2 dövlətdən rəsmilərin və əsas əhəmiyyət daşıyan qurumların 1 yerə toplanmaq böyük zəhmət tələb edir . Amma biz tədbirimizə olan marağı və dəyərli qonağlarımızı görəndə fərəh hissi keçirdik".

"Sağlamlıq Turizmi və İşbirliyi Günləri"də Türkiyədən gəlmiş həkimlərə tədbirdə iştirak edənlərin suallarda cavab verərək, eyni zamanda onlara sağlamlıqları barədə məsləhətlərdə veriblər. Qeyd edək ki, iki gün yüksək səviyyədə keçən   "Sağlamlıq Turizmi və İşbirliyi Günləri"nə 600-ə yaxın insan qatılıb. Ttədbir Aynur Saqiyeva, İlknur Çevik,  İlke Çolakoğlu tərəfindən təşkil olunub. Tədbirdə Tika-nın Azərbaycan nümayəndəsi Mustafa Hasım, Türkyə səfirliyinin müstəsarı Meral Barlas , Türkiyənin  səhiyyə nazirinin məsləhətçisi Ahmet Comert , Türkiyənin  İqtisadi İnkişaf nazirliyi nümayəndəsi Gizem Sama, Bursa vali köməkçisi  Samet Ercoşkun, Azərbaycandan, uzman plastik cerrah Vüqar Ələkbərov,  robotic cerrahı uzmanı  Fariz Cəbiyev , Azərbaycan plastik cerrahlar dərnəyi rəhbəri  Vaqif Qələndərli,  Rusya və Azərbaycan hepatoloji dərnəyi həqiqi üzvü Hicran Xıdırova iştirak ediblər.