Teoman evini 1.1 milyon dollara satıb

30 May 2012 13:18 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni və bəstəkar Teoman çox çətin vəziyyətə düşüb. Belə ki, Teoman maddi çətinliyini aradan qaldırmaq üçün evini satıb. O, müsahibələrində ilk olaraq İstanbulun Nişantaşı qəsəbəsində olan evini 1 milyon 100 min dollara satdığını deyib.

Qeyd edək ki, məşhur müğənni və bəstəkarın bu evindən başqa, əlavə iki evi də var.

Fuad Mədətov

Movqe.Az