Azərbaycanda bu ilin on bir ayı ərzində 8115 yanğın hadisəsi qeydə alınıb

16 Dekabr 2013 16:52 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyində (FHN) qurumun yaranmasının 8-ci ildönümü münasibətilə keçirilən tədbirdə nazir, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 

K. Heydərov, hər gün orta hesabla 24 yanğın hadisəsinə çıxış olduğunu qeyd edib. Nazir bildirib ki, Xəzər dənizindəki Bulla-dəniz yatağında baş vermiş yanğının aradan qaldırılması zamanı şəxsi heyət tərəfindən fədakarlıq nümayiş etdirilib.

 

Nazirin sözlərinə görə, yanğın hadisələri zamanı 5-i uşaq olmaqla 38 nəfərin həyatı xilas edilib.