Putin “İlin adamı” seçildi

16 Dekabr 2013 16:40 (UTC+04:00)

Sorğularda iştirak edən respodentlərin 32 faizi prezidentə səs verib

Rusiyanın "İctimai fikir" fondunun sorğusuna görə, ölkə başçısı Vladimir Putin "İlin adamı" elan edilib. Movqe.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Putin bu titulu 1999-cu ildən bu yana qorumağı bacarıb.


Fondun keçirdiyi sorğular Rusiyanın 43 subyektində aparılıb. Respondentlərin 32 faizi prezidentin adını ölkə məmurları, ictimai xadimləri və siyasətçiləri arasında 1-ci yerdə yazıblar. Bu göstərici ilə o, ötənilki 26 faizlik göstəricisini arxada qoyub. 


İlk onluqda isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu 6 faiz, baş nazir Dmitri Medvedev, Mixail Proxorov, Gennadi Zyuqanov hərəyə 2 faiz, xarici işlər naziri Sergey Lavrov, Aleksandr Navalnının hər biri faiz, Sergey Mironov və Moskva meri Sergey Sobyanin isə hərəyə1 faizdən az səs toplayıblar.