Alma qabığı arıqlamağa kömək edir

16 Dekabr 2013 16:47 (UTC+04:00)

Alma qabığı arıqlamağa kömək edir. Movqe.az xəbəb verir ki, ABŞ tədqiqatçıları araşdırma nəticəsində bu qənaətə gəliblər. Məlumata görə, alma qabığında aşkar olunan elementlər sağlamlıqla bağlı ciddi təhlükə yaradan əzələlərdə piy qatının yığılmasının qarşısını alır.


Alma qabığında olan sirkə turşusu bədən əzələlərini tənzimləyir, artıq yağları əridir. Tədqiqatçılardan birinin açıqlamasına görə, onların siçanlar üzərində apardıqları ilkin təcrübələri göstərir ki, alma qabığında olan sirkə turşusu yağı əritməklə yanaşı həm də gələcəkdə yarana biləcək piylənmənin də qarşısını alır.