Azərbaycan XİN başçısının müavini: “Qəbələ RLS-lə bağlı məsələ bitib”

16 Dekabr 2013 17:26 (UTC+04:00)

Qəbələ RLS-lə bağlı yaradılmış komissiya qarşısına qoyulan məsələlərin həllini tam başa çatdırıb".

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini, Qəbələ RLS-in təhsil-təslimi üzrə komissiyanın Azərbaycan tərəfdən həmsədri Xələf Xələfov deyib.

 

X. Xələfov bildirib ki, Rusiya tərəfi ilə birgə bütün lazımi tədbirlər görülüb, RLS-lə bağlı bütüm məsələlər həllini tapıb, Rusiya kontingenti və mülkiyyəti stansiyadan tam çıxarılıb: "Stansiya bu gün fəal göstərmir. Bu məsələ bitmiş hesab olunur. Qəbələ RLS-in binası və mülkiyyəti isə Nazirlər Kabinetinin sərəncamı əsasında müvafiq qurumlara həvalə olunub. Həmin qurumlar öz funksiyaları əsasında RLS-lə əlaqədar lazımi fəaliyyətlər həyata keçirir".