Eldar Mahmudov çox sərt danışdı
16 Dekabr 2013 21:51 (UTC+04:00)
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər
Əliyev adına Akademiyasının yaradılmasının 15 illik yubileyinə həsr
olunmuş təntənəli mərasim keçirilib. MTN-in İctimai Əlaqələr
Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, milli təhlükəsizlik
naziri Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik
Nazirliyinin rəhbər işçiləri və Akademiyanın şəxsi heyəti Fəxri
xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi
fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və
peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad
etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül
dəstəsi düzülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasında davam edən təntənəli mərasimdə əvvəlcə
Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan
ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş, xatirəsi
ehtiramla yad edilmişdir. Sıra meydanına Akademiyanın döyüş bayrağı
gətirilmişdir. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla
anılmış, dövlət himni səslənmişdir.
Milli təhlükəsizlik naziri E.Mahmudov Akademiyanın
müəllim-professor heyətini, dinləyiciləri və kursantları ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və onun adını şərəflə
daşıyan bu ali təhsil ocağının yaradılmasının 15 illlik yubileyi
münasibətilə təbrik etmiş, bütün şəxsi heyətə Azərbaycan naminə
məsuliyyətli fəaliyyətlərində uğurlar
arzulamışdır.
Sonra kursantlar təntənəli marşla tribunanın
önündən addımlamışlar. Tədbirin sonunda "Şöhrət" Muzeyində
mükafatlandırma mərasimi keçirilmiş, xidmətdə fərqlənən əməkdaşlara
medallar, fəxri fərmanlar və təhsildə nailyyətlər əldə etmiş
kursantlara qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli
çəkdirilmişdir.
Daha sonra yubiley mərasimi Milli Təhlükəsizlik
Nazirliyinin Mədəniyyət Mərkəzində davam etmişdir. Milli
Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının
yaradılmasının 15 illik yubileyi münasibətilə tədbir
iştirakçılarına bir daha təbriklərini çatdıran milli təhlükəsizlik
naziri E.Mahmudov müstəqil Azərbaycanın təhlükəsizliyini təmin
edəcək peşəkar zabitlərin hazırlanmasında xüsusi əhəmiyyətə malik
olan ali təhsil müəssisəsinin yaradılmasının zamanın tələbi
olduğunu bildirmişdir. Əsas məqsədin müstəqil dövlətin mühüm
təsisatlarından olan təhlükəsizlik orqanlarının milli kadrlarının
daxili imkanlar hesabına hazırlanması olduğu vurğulanmışdır.
Akademiyanın yaradılmasından keçən müddət ərzində xeyli işlər
görülmüş, dəyişiklər həm miqyas, həm də keyfiyyət baxımından qürur
doğurur. Hazırda maddi-texniki baza və tədrisin təşkili ən müasir
tələblərə cavab verir.
Nazir E.Mahmudov bütün bunların Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti və
gündə¬lik qayğısı sayəsində mümkün olduğunu qeyd etmişdir.
Akade¬mi¬ya¬da olarkən görülmüş işlər və qarşıda duran vəzifələr
barədə dövlət başçısının dediyi sözlər şəxsi heyətin yaddaşına
yazılmışdır. Ali Baş Komandanın Akademiyanın ən yüksək dünya
standartla¬rı¬na cavab verdiyini vurğulaması çox böyük qiymət idi.
Bu diqqətin ən önəmli töhfələrindən biri də Azərbaycan
Prezidentinin 2005-ci ilin dekabr ayının 20-də imzaladığı Fərmanla
Akademiyaya ümummilli lider Heydər Əliyevin adının verilməsi
olmuşdur. Əlbəttə, hər bir əməkdaş və kursant üçün böyük fəxr
sayılan bu etimad, həm də böyük məsuliyyət deməkdir. Gələcək
təhlükəsizlik zabitləri Akademi¬yada yüksək bilik əldə etməklə
yanaşı, mənəvi və fiziki cəhətdən formalaşır, müasir tex¬niki
vasitə¬lərlə işləmək bacarığı qazanır, ümumən peşəkarlıq sirlərini
mənimsəyirlər. Bir sözlə, gənclərimizin müasir dünyagörüşə malik
vətənpərvər şəxslər kimi yetişməsi ən ümdə vəzifələrdən sayılır və
artıq bütün bu səylər əməli fəaliyyətdə öz müsbət nəticələrini
verir.
Akademiyada ümum¬milli liderin zəngin irsinin
öyrənilməsinin vacib amil olduğunu qeyd edən nazir E.Mahmudov
akademi¬yada təhsil almış və müxtəlif xidmət istiqamətlərində
çalışan gənc əməkdaşların ümum¬milli liderin yüksək mənəvi
keyfiyyətlərə malik olmaq barədə tövsiyə¬lə¬ri¬ni öz
fəaliyyətlərində rəhbər tutduqlarını bildirmişdir. Akademiyada ən
müasir tələblərə cavab verən təlim-tədris üçün hər cür şəraitin
yaradılması da məhz bu ali məqsədə xidmət edir. İdman Sağlamlıq
Kompleksinin istifadəyə verilməsindən sonra kursantların və
əməkdaşların idman uğurları da xeyli artmışdır.
Qeyd olunmuşdur ki, Akademiyanın daim
maddi-texniki bazası¬nın güclən¬diril¬məsi, tədrisin keyfiyyət
səviyyəsinin yüksəldilməsi is¬ti¬qa¬mə¬tin¬də əhəmiyyətli
tədbir¬lər həyata keçirilir. Bunu, eyni zamanda, müasir çağırışlara
cavab verən kadrların hazırlanması ki¬mi mühüm vəzifələr də tələb
edir. Başqa vacib məsələ, hər bir kursantın, əmək¬daşın xalq,
cəmiyyət və dövlət qarşısında vəzifə bor¬cunu, məsuliyyətini dərk
etməsidir. Sivil, qüdrətli dövlət qurmaq və onu inkişaf etdirmək
üçün ilk növbədə sağlam ruha, düşüncəyə və mənəviyyata malik
vətənpərvər insanlar, nəsillər yetişməlidir. Hazırda əksər
gənclərimizin yüksək xüsusiyyətlərə malik olmaları gələcək uğurlu
fəaliyyətimi¬zin başlıca amilidir. Vətənpər¬vərlik həm də ona görə
çox vacibdir ki, ən ümdə vəzifəmiz Ermənistanın işğal etdiyi
əra¬zi¬lərimizin azad olunmasıdır. İftixarla demək olar ki,
Akademiyada gənclər məhz bu ruhda yetişirlər.
Əsasını Heydər Əliyevin qoyduğu milli dövlət
quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Azərbaycan
sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələ¬ri¬ndə son
illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə
bərqərar olmuş sabitlikdən irəli gəlir. Azərbaycan
Res¬publika¬sının Pre¬zi¬denti cənab İlham Əliyev andiçmə
mərasimində demişdir: "Təhlükəsizlik, sabitlik olmadan heç bir
inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün
istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər
ölkəmizi daha da gücləndirmişdir".
Dinamik inkişaf Azərbaycan Res¬publikasını nəinki
regionda, daha ge¬niş coğrafi və si¬yasi məkanda nüfuz sahibi
etmişdir. Azərbaycanda hərtərəfli, düşü¬nülmüş və uzun müddətə
hesablanmış dövlət qurucu¬luğu siyasəti böyük uğurla həyata
ke¬çirilir. Bu siyasət Azərbaycanı iqtisadi cəhətdən dünyanın ən
sürətlə inkişaf edən ölkələri sırasına çıxarmış, onu arzuedilməz
problemlərdən qorumuşdur.
Xalqın İlham Əliyevi böyük ruh yüksəkliyi ilə
yenidən Azərbaycan Respublika¬sının Pre¬zi¬denti seçməsi də ölkənin
gələcək inkişafına və zəfərlərinə dərin inamının bariz
təntənəsidir.
Son illər Milli Təhlü¬kə¬siz¬lik Nazirliyində
bütün istiqamətlər üzrə fəaliyyətin uğurlu olduğunu vurğulayan
nazir E.Mahmudov kəşfiyyat-pozuculuq və terror-təxribat
fəaliy¬yət¬lə¬ri¬nə, narkotik vasi¬tə¬lərin qanunsuz dövriyyəsinə,
qeyri-qanuni miqrasiyaya, insan alverinə və mütəşəkkil
cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək
nəticələr əldə edildiyini bildirmişdir. Şəxsi heyətin ölkədə
dövlətçiliyin və təhlükəsizliyin möhkəmlən¬dirilməsi sahəsində
ardıcıl fəa¬¬liy¬yətləri bugünkü dinamik inkişafda mühüm rol
oynamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində öl¬kə rəh¬bər¬liyinin siyasi
kursu üçün əlverişli şəraitin yaradılması həmişəki kimi bütün
fəaliyyət istiqamətlərimiz üzrə prioritet təşkil edir. Biz
gələcəkdə təcavüzkar Ermə¬nistana qarşı fəaliyyətin daha yüksək
səviyyədə təşkili və gücləndirilməsinə nail
olmalıyıq.
Andiçmə mərasimində Azərbaycan Res¬publika¬sının
Pre¬zi¬denti cənab İlham Əliyevin səsləndirdiyi bir fikir isə
nəinki dövlət orqanları, bütün xalq üçün bu istiqamətdəki
fəaliyyətə yeni yanaşmanı göstərir: "Srateji hədəf kimi
azərbaycanlılar bütün tarixi torpaqlarına qayıtmalıdırlar. Mən
əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf
vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün
vətənpərvər insanlar bu amalla yaşamalıdırlar ki, biz tarixi
ədaləti bərpa edəcəyik". Bizim düşmənə qarşı infor¬ma¬si¬ya
mü¬ba¬rizəsinin hərtərəfli düşünülmüş, planlı, mü¬va¬fiq dövlət
orqan¬¬ları ilə əla¬qəli şəkildə aparılması istiqamətindəki
fəaliyyətimiz də bu böyük məqsədə çatmağa xidmət
etməlidir.
Nazir E.Mahmudov hazrda təhlükəsizlik baxımından
dünyada, xüsusən də regionda gedən proseslərə toxunaraq
bildirmişdir ki, mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə,
xüsusilə terrorçuluğa, dini ekstremizm və separatçılıq hallarına
qarşı mübarizə daim diqqət mərkəzində saxlanılmalıdır. Milli
təhlükəsizliyimizə qarşı yönəlmiş çoxsaylı təhdidlərin qarşısının
alınması, müxtəlif destruktiv qüvvələrin zərərsizləşdirilməsi
sahəsində vəzifələrin artması bizi daha məsuliyyətli və daha çevik
olmağa çağırır. Qlobal və regional xarakterli təhdidlə¬rin artdığı
şə¬rait¬də milli təhlükəsizliyə cavabdeh orqanlardan getdik¬cə daha
yüksək peşəkar¬lıq, bilik səviyyəsi, məsuliyyət və sayıqlıq tələb
edilir. Bu istiqamətdə Heydər Əliyev məktəbi əbədi mayakımızdır.
Gənclər yaxşı bilməlidir ki, bizi irəlidə daha məsuliyyətli və
böyük işlər gözləyir. Onlar bu vəzifələrin yerinə yetirilməsində
yaxından iş¬ti¬rak etmək üçün bu gün Akademiyada yaradılmış
şəraitdən maksimum istifadə etməli, dərin savad və hərtərəfli
biliklər almalıdırlar. Milli təhlükəsizlik orqanlarının müasir
tələblərə və çağırışlara uyğun təkmilləşməsi, yeniləşməsi
istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da uğurla
davam etdiriləcək, müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyini
təmin edəcək kadrların hazırlanması işinə müstəsna önəm
veriləcəkdir.
Akademiyanın rəisi, general-leytenant Ziya
Yusif-zadə bu xüsusi təyinatlı ali təhsil ocağında təlim və tərbiyə
prosesinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə
həyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat vermişdir. O,
qeyd etmişdir ki, Akademiyada yaradılmış ən yüksək şərait
dövlətimizin başçısının diqqət və qayğısının bəhrəsidir və şəxsi
heyətimiz buna görə Ali Baş Komandana minnətdardır. Akademiyanın
rəisi təhsil müəssisəsində müasir standartlar səviyyəsində aparılan
tədris-təhsil, təlim-tərbiyə, eləcə də kursantların mənəvi
yetkinliyi, fiziki sağlamlığı və döyüş hazırlığı istiqamətində
görülən işlər barədə də ətraflı danışmışdır. Qeyd etmişdir ki,
Akademiyada elm və təhsilin, maddi-texniki bazanın inkişafı üzrə
həyata keçirilmiş tədbirlərin Milli Təhlükəsizlik Nazirliyi
rəhbərliyinin gündəlik nəzarətində olması təlim-tədris işinə öz
müsbət təsirini göstərir.
Z.Yusif-zadə bildirmişdir ki, uzun müddət Heydər
Əliyevlə çiyin-çiyinə və onun rəhbərliyi altında çalışmış bir zabit
kimi və bu gün də dahi şəxsiyyətin adını daşıyan Akademiyanın rəisi
olaraq fəxr edirəm ki, ulu öndərin ruhu xalqımızladır, bizimlədir
və onun amalları yaşayır. Təhsil ocağı da öz fəaliyyətində
ümummilli liderin milli maraqlar və müstəqil dövlətçiliyimiz naminə
fədakarlıq nümunələrindən bəhrələnir, onun azərbaycançılıq
tövsiyələrini rəhbər tutur.
Çıxışının sonunda Z.Yusif-zadə Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının professor-müəllim
heyəti, dinləyiciləri, kursantları və bütövlükdə şəxsi heyəti
adından ulu öndər Heydər Əliyevin vətənə, xalqa, dövlətə sədaqət
ənənələrinə daim sadiq qalacaqlarını, dahi şəxsiyyətin bizlərə bəxş
etdiyi müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyi keşiyində
şərəf və ləyaqətlə dayanacaqlarını bildirmişdir.
Azərbaycan təhlükəsizlik orqanlarının veteranı
Şamil Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasının kollektivini bütün veteranlar adından təbrik
edərək, müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin
etibarlı təminatı baxımından peşəkar zabit korpusunun hazırlanması
kimi çətin və məsuliyyətli fəaliyyətdə uğurlar arzulamışdır. Qeyd
etmişdir ki, xüsusi xidmət orqanlarının veteranları Milli
Təhlükəsizlik Nazirliyinin dövlətçiliyin və milli maraqların
qorunmasında göstərdiyi və cəmiyyətdə rəğbətlə qarşılanan şücaət və
fədəkarlıq nümunələri ilə qürur düyurlar.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasının şəxsi heyətinin Prezident İlham Əliyevə
müraciəti qəbul olunmuşdur. Müraciət sürəkli alqışlarla
qarşılanmışdır.
Təntənəli mərasimin sonunda Akademiyanın
yaradılmasının 15 illik yubileyi münasibətilə hazırlanmış "Müqəddəs
amalın keşiyində" adlı sənədli film nümayiş olunmuşdur.