Azərbaycanda təhsil alan 9-cu sinif şagirdlərinə şad xəbər
16 Dekabr 2013 23:03 (UTC+04:00)
Gələn tədris ili üçün ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu qaydaları ənənəvi olaraq, yanvar
ayında "Abituriyent" jurnalının I sayında dərc
olunacaq.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasıın sədri Məleykə
Abbaszadə jurnalstlərə
deyib.
Onun sözlərinə görə, qəbul imtahanlarının
məzmununa aid yenilikləri də həmin zaman öyrənmək mümkün
olacaq:
"İmtahanların təşkilati nöqteyi-nəzərdən
yeniliklərini bir müddət öncə elan etmişik. Əvvəlki illərin
məzunları ali məktəblərə qəbul imtahanlarını gələn il aprel ayının
sonu-mayda verəcəklər. Bu tədris ilinin məzunları isə qəbul
imtahanlarını ənənəvi olaraq, iyulda verəcəklər. Dəyişikliklərlə
əlaqədar hər bir yeni məlumat komissyanın saytında yerləşdirilir.
Mən abituriyentlərdən və valdieynlərdən çox xahiş edirəm ki, onlar
kiminsə şayiələrinə, sözlərinə inanmasınlar. İmtahanla bağlı
ediləcək dəyişikliklərlə əlaqədar kiminsə hansısa sualı varsa, bu
barədə məlumatı bizim saytdan öyrənə bilər".
M.Abbaszadə deyib ki, bu il buraxılış
imtahanlarında fənlərin sayının artırılması nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, bu il 9-cu sinif şagirdləri orta ixtisas
təhsili müəssisələrinə qəbulu üçün əlavə olaraq imtahan
verməyəcəklər. Bu il 9-cu sinifdə oxuyan şagirdlər buraxılış
imtahanının nəticələrinə uyğun olaraq, müsabiqə yolu ilə orta
ixtisas təhsili müəssisələrinə qəbul olacaqlar.
TQDK sədri bildirib ki, "Azərbaycan
Respublikasında Təhsilin İnkişafı üzrə Təhsil Strategiyası"
çərçivəsində təhsil sistemində həyata keçiriləcək dəyişikliklər
TQDK və TN tərəfindən birgə müzakirə olunduqdan sonra tətbiq
ediləcək: "Təhsil, tədris prosesi dəyişəndə qiymətləndirmə
prosesində də müəyyən dəyişikliklər olacaq. Amma bu dəyişikliklər
tədricən həyata keçiriləcək. Bu dəyişikliklərə həm bizim
müəllimlərimiz, həm də şagirdlər hazır olmalıdır. Addm-addım
dəyişiklikləri həyata keçirəcəyik. Bu, imtahan suallarının
formasına, imtahanın aparılması üsullarına aid olacaq".