İntihar edənlərin 40%-i işsizlərdi

30 May 2012 14:01 (UTC+04:00)
Avstraliya alimləri heç bir işlə məşğul olmamağın insanların sağlamlığına mənfi təsir göstərdiyini bildirir. Royal College of Medicine ali təhsil müəssisəsinin araşdırmalarına görə, heç bir işi olmayan insanlar ürək və tənəffüs xəstəliklərinə, psixoloji gərginliyə daha çox məruz qalırlar. Həmçinin intihar hadisələrini törədənlərin 40%-ni işsiz insanlar təşkil edir. Alimlərin fikrincə, işləmək insanların həm ünsiyyət, həm də fəaliyyət ehtiyacını ödəyir. İşlə məşğul olan insanlar daha az siqaret çəkir və az içki qəbul edir. Bununla da onlar sağlamlığını qorumuş olurlar.


E.F.N

Movqe.Az