Paytaxtda 4 gün yarmarka təkil olunacaq

16 Dekabr 2013 17:30 (UTC+04:00)
Bakı şəhərinin müxtəlif yerlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə yarmarkaları təşkil olunacaq. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, yarmarka İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə paytaxtın müxtəlif yerlərində təşkil olunacaq. Yarmarkalar 28-31 dekabr 2013-cü il tarixlərində aşağıdakı ünvanlarda təşkil ediləcək: 


Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;

Xətai rayonu Bakı kinoteatrının yanı;

Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Nəsimi rayonu "Təzə bazar"ın ərazisi;

Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi və Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.