"Facebook"un sahibi xəsislik edir-FOTO

30 May 2012 14:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu yaxınlarda evlənən "Facebook"un sahibi gənc  milyarder Mark Sukerberq həyat yoldaşı Prissila Çanla bal ayına Romaya gedib. Cütlük İtaliyaya şəxsi təyyarəsi ilə gedib və şəhərin mərkəzində ucuz otellərin birində qalırlar. Mark Sukerberq sakit istirahət əvəzinə ekskursiya proqramı təşkil edib. Çox ucuz restoranda ikisinə  40 dollarlıq yemək sifariş edib. Onlar, orqanizmə zərərli olan "fast-food" yeməklərini çirkli pilləkənlərin üstündə oturaraq yeyiblər. Cütlüklərin dostlarının söylədiklərinə əsasən, Prissila Çan bal ayından razı deyil. Çan deyir:" Mark heç mənə fikir vermir,onu heçnə maraqlandırmır  saatlarla telefonda kiminləsə danışır. Mən anlayış göstərməyə çalışıram,deyirəm işlə bağlıdır, amma yenə də qəlbimdə  pis oluram".


E.F.N

Movqe.Az