"Möhtəşəm Maşın"da qalmaqal: "Sən kişi deyilsən"- - VİDEO

17 Dekabr 2013 10:37 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, " ATV" telekanalında yayımlanan "Maşın" şouda ilk qalmaqal baş verib. Artıq bu gündən 16 iştirakçı ilə öz yoluna davam edən kollektiv aralarında qruplaşma yarada biliblər. Belə ki, dünən 12 nəfər, aparıcı Mirsalam Mirsalamovun şəklini qutuya atanlar, sözün əsl mənasında oyunları ilə  əsl şou göstərə biliblər. M.Mirsalamov isə  müğənni Orxan Babazadəni oyundan kənarlaşdırmayacağını desə də, sözünə əməl etməyib. Tribunaya çıxıb, 51,33 % səslə şouda iştirakına davam edən Mirsalam oyundan kənarlaşdırdığı Orxana belə müraciət edib: "Yalandan Allaha and içən insanı, elə yalan deyib, çıxararlar".Orxan Babazadə isə "Maşın əldən getdi" ifadəsini eşidəndən sonra Mirsalama "Sən, kişi deyilsən. Mənlə rəqabət aparardın. Əvvəl çıxartmayacam deyib, sonra çıxartmaq kişilik deyil" dedi. 


Qeyd edək ki, iştirakçılar günorta səsverməsi zamanı Orxan Babazadənin Roza Zərgərlinin şəklini atmasından şübhələniblər. Orxan Babazadə Şəhriyar Əbilovun şəklini atdığını desə də, sonradan qutuda Ş. Əbilovun şəkili çıxmayıb. Orxan isə yalan danışmağa və oyun taktikasına davam edib. 


Dünənki verlişə linkə daxil olaraq baxa bilərsiniz: 


http://www.myvideo.az/?video_id=1860640