Bakıda məşhur parkın adının dəyişdirilməsi təklif olunur

17 Dekabr 2013 12:37 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, bu təklif tək onun yox, bir qrup ictimaiyyət nümayəndələrinin və deputatların təklifidir.

Onun sözlərinə görə, təklif bundan ibarətdir ki, Bakının mərkəzində M.F.Axundov adına Milli Kitabxananın qarşısındakı keçmiş "26-lar", indiki Sahil bağına M.Ə.Rəsulzadənin adı verilsin: "Bu təklif Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı sərəncamla bağlıdır. Sərəncamın icrası çərçivəsində bu təklifin həyata keçməsi məqsədəuyğun olardı".